Yeni mövsümdə 1-ci liqa daha maraqlı və gərgin keçəcək.
"Football-plus.az" xəbər verir ki, komandaların sayının və maliyyə imkanlarının artması bunu deməyə əsas verir. Ötən mövsüm heç də yaxşı çıxış etməyən "Mingəçevir"in planlarını isə klubun İdarə Heyətinin sədri vəzifəsini icra edən Ruslan Həmidovdan öyrəndik:
"Avqustun 1-də yığışacağıq. 10 gün seleksiya işləri aparacağıq. Sonra Mingəçevirdəki "Kür" otelində məskunlaşaraq təlim-məşq toplanışına start verəcəyik. 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. 10 oyunçu komandanı tərk edib. Əlimizin altında 10 futbolçu var. Daha iki nəfər isə yerli gənclərdi, onları da cəlb edəcəyik. Futbolçu qıtlığı var. Klubun maliyyə imkanı yüksək olmadığına görə istədiyimiz futbolçuları ala bilmirik. Ümumilikdə 6-7 futbolçu ilə danışıqlar gedir. Komandanı yenidən formalaşdıracağıq. Çalışacağıq ki, 1-ci liqada layiqincə çıxış edək. Seleksiya işləri yekunlaşandan sonra hədəfləri müəyyənləşdirəcəyik".
ABDULLA İSMAYILOĞLU