"Rahid Əmirquliyevlə oynamaqdan həzz alırdım"

24.06.2023 13:09 231
Ölkə futbolu
Qanalı sabiq futbolçu Maykl Essyen karyerasını başa vuran Rahid Əmirquliyev haqqında "Səbail" klubunun mətbuat xidmətinə açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, 41 yaşlı keçmiş yarımmüdafiəçi "dənizçilər"dəki komanda yoldaşına müraciət edib:

"Salam, Rahid. Karyeranı bitirməyin barədə məlumat aldım. Səninlə oynamaqdan həzz alırdım. Sənə uğurlar arzulamaq üçün kiçik bir video hazırladım. Hər şeyin ən yaxşısını arzu edirəm. Görüşənədək".


Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək “Səbail”in heyətində çıxış edib. Rahid Əmirquliyev 2018-ci ildən Bakı təmsilçisinin uğurları üçün çalışıb.