Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

5.12.2022 11:48 349
Premyer-liqa
Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib.

Football-plus.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli premyer-liqasının 16-cı turuna təsadüf edib. “Qəbələ” ilə səfər qarşılaşması (1:2) onun üçün 100-cü matçla əlamətdar olub.

Əmirquliyev Bakı təmsilçisində 5-ci mövsümünü keçirir. O, bu müddətdə 1 qol vurub.

Onun debütü də “Qəbələ”yə qarşı səfərdəki matçda gerçəkləşib. Rahid 2018-ci il avqustun 12-də keçirilən görüşdə (0:3) meydana çıxıb.

Qeyd edək ki, Rahid “Səbail”in heyətində premyer-liqada 100 oyun keçirən ilk futbolçudu.