• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tayfun Korkut Arda Gülərə məsləhətlər verdi – MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

5-07-2023, 20:0

Tayfun Korkut Almaniyada doğulmuş, oranın futbol məktəbində böyümüş, amma Türkiyə yığmasında oynamağa üstünlük vermiş qürbətçilərdəndi.

"Football-plus.az" xəbər verir ki, Almaniyada doğulmasına, Türkiyədə “Fənərbaxça” və “Beşiktaş”ın şərəfini qorumasına baxmayaraq, o, daha bir ölkədə - İspaniyada da iz buraxmağı bacarıb. “Real Sosyedad”ın 2000-ci illərin əvvəllərində uğurlu oynadığı dönəmdə heyətdə Nihat Kahveci ilə yanaşı, Tayfun da var idi. 3 il ərzində bask bölgəsinə çox bağlanan Tayfunun hətta həyat yoldaşı da həmin bölgədəndi. Hazırda 49 yaşı olan Korkut məşqçi kimi çalışır və hələ ki Almaniyadan kənara çıxmayıb. O, “Hannover-96”, “Kayzerslautern”, “Bayer-04”, “Ştutqart” və sonuncu dəfə “Herta”da işləyib. Korkut bugünlərdə Türkiyə mətbuatına verdiyi müsahibədə Avropa mütbuatının gündəmini zəbt edən gənc ulduz Arda Gülərə önəmli məsləhətlər verib.

- Sonuncu iş yeriniz ötən il ''Herta'' olub. Bəs hazırda nə işlə məşğulsuz?
- ''Herta''da işlər istədiyim kimi getmədi. Hazırda mənə uyğun olan bir layihə gözləyirəm. Bu aralar ''Ştutqart''ın U-17 komandasında çıxış edən, U-19 komandasına yüksəlmək üzrə olan və öz yaş qrupunda Türkiyə yığmasına dəvət alan oğlum Efe ilə zaman keçirirəm. Bir müddət öncə Türkiyədən iki təklif almışdım. Amma açığı, bu təkliflərin heç biri məni qane etmədi. Ona görə də razılaşmadım.

- Efe oyun tərzinə görə atasına bənzəyirmi?
- Xeyr. Məndən daha texnikalıdı. Həm də məndən fərqli daha çox mərkəzdə oynamağı xoşlayır. Mərkəz yarımmüdafiəçisi kimi özünü rahat hiss edir və yaxşı potensialının olduğunu düşünürəm. San-Sebastyanda doğulub. Mənimlə birlikdə o da ölkə-ölkə gəzmək məcburiyyətində qalırdı. İşimə görə fərqli komandalarda oynamalı olurdu. Amma indi hamımız xoşbəxtik.

- ''Real Sosyedad''da oynaya bilərmi?
- Əlbəttə. İstər ''Real Sosyedad''da, istərsə də bask bölgəsinin digər komandalarında oynaya bilər. Həyat yoldaşım əslən o bölgədəndi. Mən bu yoldan keçdiyim üçün oğluma bəzi məsləhətlər verməyə, yol göstərməyə çalışıram. Amma qətiyyən onun üzərində təzyiq yaratmaq istəmirəm. Ona görə də özümlə müqayisə etməməyə çalışıram. Bəzən peşəkar bir futbolçunun oğlu olmaq çətin olur. İnkişafını hər zaman yaxından təqib edirəm.

- Arda Gülər fenomeni artıq tək Türkiyədə yox, Avropada da müzakirə olunur. Siz də bununla bağlı gündəmi təqib edirsizmi?
- Təbii ki. Mən həm də ''Fənərbaxça''nın sabiq oyunçusu və bu klubun azarkeşiyəm. Ona görə də Almaniyada yaşasam da, ''Fənər''də başverənləri yaxından təqib edirəm. Komandanın bütün oyunlarını televizordan izləyirəm. Hətta kubokun finalını izləmək üçün İzmirə də yollanmışdım. Arda Gülərin oyununu da canlı izləmək fürsətim oldu. Arda yalnız ikinci dövrənin gedişində əsas heyət üzvünə çevrildi. Jorje Jezuş yavaş-yavaş onun üzərindəki təzyiqi götürməyi bacardı. İlk dövrədə çox az oynadı və kölgədə qaldı. Amma bu müddətdə üzərində işləməkdə davam etdi və fiziki cəhətdən daha da gücləndi. Bu il hamı ondan bəhs edir. Jezuş Ardanın ən yüksək səviyyəyə uyğunlaşma dönəmini çox yaxşı idarə etdi.

- Ümumiyyətlə, Arda necə futbolçudu? Oyun tərzinə görə hansı məşhur futbolçuya bənzəyir?
- Onu canlı izləyərkən bəzi özəllikləri diqqətimi çəkdi. Oyun tərzi, topla rəftarı, hərəkətləri və driblinqi mənə ''Real''ın sabiq oyunçusu Qutini xatırlatdı. Düzdü, onda Məsut Özildən də bəzi özəlliklərin olduğunu söyləyə bilərik. Amma daha çox Qutiyə bənzəyir. Müdafiəçilər onun istedadına və hərəkətlərinə hörmətlə yanaşdıqları üçün ona qarşı geriyə çəkilərək müdafiə olunmağa çalışırlar. Çünki Ardanın bir hərəkətlə bütün müdafiə xəttini çaş-baş salmağa qadir olduğunu bilirlər. Daim son ötürmə ilə komanda yoldaşını daha yaxşı mövqeyə çıxarmağa çalışır. Çox ağıllıdı. Hətta meydanda bəzən Quti kimi bicliklər edir. Fikrimcə, gənc olmasına rəğmən, rəqib oyunçular artıq ondan çəkinir.

- Avropa nəhənglərindən birinə transferi gündəmdədi. Nəhəng klublarda oynaya bilərmi?
- Düzünü desəm, hamı onu ulduz saymağa başladığı vaxtlarda, yəni başlanğıcda bir qədər şübhələrim var idi. Amma son aylarda etdiklərini gördükdən sonra şübhələrim birdəfəlik yox oldu. Sürətlə inkişaf edir. Özünəinamı yüksək səviyyədədi. Məncə, ''Fənərbaxça''da daha bir il qalıb üzərində bir qədər işləməsi həm ona, həm də komandaya fayda verər. Amma ayrılsa, mütləq topa sahib olmağı sevən, rəqibə oyununu qəbul etdirməyi bacaran bir kluba keçməlidi. O, müdafiəyə qısılıb sürətli hücuma keçməyi planlaşdıran, yalnız əks-hücumda oynayan klubda özünü göstərə bilməz. Yalnız topa sahib olan bir kollektivdə özünü göstərə bilər.

- ''Real'' da daxil olmaqla ona önəmli klublardan təkliflər var. Sizcə ''Real''da oynaya, orda liderə çevrilə bilərmi?
- Gəlin, açıq danışaq. Arda hələ ''Real''ın start heyətində oynayacaq səviyyədə deyil. Orda təcrübəli və dünya səviyyəli ulduzlar toplaşıb. Bir futbolçu üçün karyeranı düzgün planlaşdırmaq da önəmlidi. Nəyəsə nail olmaq üçün zamandan necə istifadə edəcəyini bilməlisən. Düzdü, Modriç və Kroos kimi ulduzlardan nəsə öyrənməsi, onlarla birlikdə məşq etməsi baxımından ''Real''a transferi pis olmaz. Amma Madrid nəhəngində ilk ''11-lik''də oynamağa hələ hazır deyil.

- Tam o səviyyəyə qalxması üçün neçə il lazımdı?
- Zaman söyləmək düzgün olmaz, amma indiki kimi üzərində çalışmaqda və inkişaf etməkdə davam etsə, çox böyük oyunçuya çevriləcək. Səviyyəsi indidən bəllidi. Sadəcə, bununla kifayətlənməməli və daha da səviyyəsini artırmalıdı. Kay Havertsə 17 yaşında ''Bayer-04''də ilk dəfə şans verən və sabit oyun praktikası qazandıran mən olmuşam. Bir məşqçi üçün bu cür gənc istedadları idarə və inkişaf etdirmək bacarığı çox mühüm əhəmiyyət daşıyır.

- İndiki məqamda bir məşqçi kimi Arda Gülərə nə məsləhət görürsüz?
- Məncə, Arda üçün və inkişafı üçün daha bir mövsüm ''Fənərbaxça''da qalıb daim start heyətində oynaması, eləcə də təcrübə qazanması ən ideal variantdı. Düzdü, Türkiyə çempionatı səviyyə baxımından Almaniya, İspaniya çempionatlarından geridədi. Amma Türkiyədə də təzyiq böyükdü və Arda bir müddət də təzyiq altında oynamağı öyrənməlidi. Bu, onu psixoloji cəhətdən daha da güclü oyunçuya çevirəcək. Əminəm ki, ''Real'' bir oyunçu transfer edərkən belə məqamlara xüsusi diqqət yetirir.

- Ardanın meydandakı ideal mövqeyi nədi?
- Çoxyönlü oyunçudu. Jezuş onu daha çox yarımmüdafiənin mərkəzinin sağında, ''8'' nömrə kimi oynadırdı. Daim vingerlərdən birinə yaxın qərarlaşdırmağa çalışırdı. Quti və ya Messi kimk konkret oyun qurucusu mövqeyində oynadığını görməmişik. Amma bu gələcəyin işidi, hələ inkişaf dönəmindədi.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-06-2023, 19:0

Fatih Təkkə Arda Gülərə məsləhətlər verdi

Maraqlı

11-02-2023, 14:0

Dağıntılar altından çıxıb Arda Gülərə mesaj göndərdi

Dünya futbolu

18-02-2023, 13:0

Arda Turan yığmada işləyəcək

Dünya futbolu

2-02-2023, 22:0

''Siti''nin skautları Arda Gülər ilə bağlı hansı qərara gəldi?

Dünya futbolu

18-12-2022, 12:0

“Fənərbaxça” Arda Gülərə görə bu məbləği ödəyəcək

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 216
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə