• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yerli məşqçilər arasında rekordçu - YAZI

Dünya futbolu / Yazarlar

5-07-2023, 18:0

Bayram günlərində “Fənərbaxça”, nəhayət, baş məşqçi problemini yoluna qoydu.

"Football-plus.az" xəbər verir ki, Başqan Əli Koçun daha öncə açıqladığı “camiəni tanıyan yerli məşqçi” meyarına ən çox uyğun gələn isim olan İsmayıl Kartalla iyunun 28-də birillik müqavilə imzalandı. Bununla da 62 yaşlı mütəxəssisin baş məşqçi kimi İstanbul nəhəngində 3-cü dönəmi rəsmən başladı. Rəsmi rəqəmlər açıqlanmasa da, Türkiyə mətbuatının yazdığına inansaq, məşqçinin illik qazancı 1,5 milyon avroya bərabər olacaq. Müqayisə üçün deyək ki, Jorje Jezuş illik 7 milyon avro qazanmışdı!

İsmayıl Kartal futbolçu kimi klubun əfsanələrindən sayılır. Sağ müdafiəçi mövqeyində çıxış edən Kartal komandada top qovduğu 10 il (1983-93) ərzində ikisi çempionluq olmaqla ümumilikdə 6 titul qazanıb. Məşqçi karyerasının ilk illərində əsasən aşağı liqa klublarında işləyən Kartalın “Fənərbaxça”ya qayıdışı 2010-cu ilə təsadüf etdi. O, 2010-13-cü illərdə Aykut Kocamanın, 2013/14 mövsümündə Ərsun Yanalın əsas köməkçisi vəzifəsini icra etmişdi. Komandanın indiyə qədər də son çempionluğu olan 2014-dəki zəfərdən sonra Yanal o dönəmdəki başqan Əziz Yıldırımla münasibətləri pozulduğuna görə istefaya göndərildi. Məhz həmin məqamda Kartalın müstəqil məşqçi kimi “sarı-lacivərdlilər”də ilk dönəmi start götürdü. “Fənər” Kartalla ilk cəhddəcə “Qalatasaray”ı penalti seriyasında məğlub edərək ölkə superkubokunu qazandı. 2014/15-i “Fənərbaxça” heç də pis keçirmədi. Amma 26-cı turdan sonra Rizə səfərindən qayıdarkən məlum güllələnmə olayı yaşandı. Komandanın avtobusu güllə atəşinə tutuldu və sürücü yaralandı. Maraqlıdı ki, bu hadisəni törədənlər indiyə qədər də tapılmayıb! Psixoloji cəhətdən böyük sarsıntı keçirən komanda “Qalatasaray”ı özündən irəli buraxaraq mövsümü 2-ci pillədə tamamladı. 2015-in yayında komandadan ayrılan Kartal bir-birinin ardınca “Əskişəhərspor”, “Qaziantep”, “Ankaragücü”, “Çaykur Rizəspor” və “Konyaspor”u çalışdırdı. Bu mütəxəssisin 2-ci dönəmi ötən il yanvarın 12-də başladı. Həmin mövsümə “Fənər” Vitor Pereyra ilə başlasa da, portuqaliyalı artıq dekabrın ortalarında qovuldu. Kartal məhz 2-ci dönəmində komandanı dirçəldərək fanatların böyük sevgisini qazandı. O, komandanı 20-ci turda qəbul etdi. “Fənər” liderdən 17 xal geridə olmaqla 5-ci pillədə qərarlaşmışdı. Həmin dönəmdə Kartalın kollektivi hər oyuna orta hesabla 2,28 xal toplayaraq mövsümü liderdən 8 xal geridə olmaqla 2-ci pillədə tamamladı. Amma çoxları bu yüksəlişi komandanın üzərində artıq heç bir təzyiqin olmaması ilə əlaqələndirmişdi. Yəni camiə artıq Kartal gələndə çempionluğun əldən çıxması ilə barışmışdı. Ötən yay Əli Koç Kartal üçün təntənəli vida mərasimi təşkil etmiş və “yollarımız bir gün mütləq yenidən kəsişəcək” ifadəsini işlətmişdi. Göründüyü kimi, onların yolları cəmi bir ildən sonra yenidən kəsişdi. Kartalın göstəricilərinə gəlincə, “Fənərbaxça” bu məşqçi ilə ümumilikdə 67 rəsmi oyundan 42 qələbə, 15 heç-heçə, 10 məğlubiyyət ilə ayrılıb. Superliqada göstəricilər belədi: 52 oyun, 34 qələbə, 13 heç-heçə, 5 məğlubiyyət. Yəni orta hesabla hər oyuna 2,21 xal toplanılıb. Bu, “Fənərbaxça” tarixində yerli məşqçilər arasında ən yaxşı göstəricidi! 2-ci pillədə Mustafa Dənizli (2,16), 3-cü pillədə Aykut Kocaman (2,08) qərarlaşıb.

Üç futbolçu ilə yollar ayrıldı
“Fənər”in 2 sabiq üzvünün - Egemən Korkmaz və Səlcuk Şahinin məşqçilər korpusuna daxil olacağı ilə bağlı şayiələr təsdiqini tapmayıb. Kartalın əsas köməkçiləri Rəcəp Karatəpə, Zəki Murat Gölə, Kamal Kurak və Sərcan Terzioğlu olacaq. Srağagün “Fənər” yeni mövsümün hazırlığına start verdi. Təcrübəli mütəxəssis jurnalistlərə verdiyi qısa açıqlamada bunları dedi: “Bu gün yeni mövsümü açırıq. Ayın 5-i yığma oyunçularımız da düşərgəyə qoşulacaq və Rusiyaya yollanacağıq. Bəzən imkan eləyib mətbuat nümayəndələri ilə görüşəcəm. Camiənin çempionluq həsrəti 9 ilə çatdı. Artıq buna son qoymağın vaxtıdı. İnşallah, bu mövsüm çempion olacağıq. Camiənin bizdən çox şey gözlədiyini bilirik. Onların ümidini boşa çıxarmamağa çalışacağıq”.
Yeni transferlərdən Rayan Kent düşərgədə olsa da, Edin Ceko hələ məşqlərə başlamayıb. “Fənərbaxça” hazırda Uilfrid Zahanın transferini bitirməyə çalışır. Uzun illərdi şərəfini qoruduğu “Kristal Pelas”la müqavilə müddəti bitən təcrübəli vinger hazırda sərbəst oyunçu statusundadı. Amma “Latsio” da bu futbolçuya ciddi maraq göstərir. Komandadan ayrılan futbolçulara gəlincə, üç ismin adı artıq rəsmən bəllidi. Söhbət Dimitrios Pelkas, Mergim Berişa və Ezgyan Alioskidən gedir. Ötən mövsümü icarə əsasında “Hall Siti”də keçirən və bu yay “Fənər”lə müqavilə müddəti bitən Pelkas ya “Sivasspor”a keçəcək, ya da vətəni Yunanıstana qayıdacaq. Berişa isə ötən mövsümü icarə əsasında “Auqsburq”da keçirmişdi. Bavariya təmsilçisi bu forvardın çıxışından razı qalıb və böyük ehtimalla onu daimi əsasda heyətinə qatacaq. “Fənər”in bu satışdan təxminən 4-4,5 milyon avro qazanacağı gözlənilir. “Fənər” bu oyunçunu 2021-in yayında “Zaltsburq”dan 5 milyon avroya transfer etmişdi. Elioskiyə gəlincə, onun ötən mövsümdəki performansı rəhbərliyi və fanatları qane etmədi. Əsas heyətə düşməkdə çətinlik çəkən Şimali Makedoniya yığmasının üzvü 26 rəsmi oyunda şans qazanaraq yalnız 1 qol, 2 məhsuldar ötürməlik fayda verə bildi.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-06-2023, 15:0

İsmayıl Kartalın transferinin detalları

Dünya futbolu

28-06-2023, 18:0

''Fənərbaxça''nın yeni baş məşqçisi 99 faiz bəllidi

Dünya futbolu

23-06-2023, 18:0

Kartal “Fənərbaxça” üçün doğru seçimdimi?

Dünya futbolu

21-06-2023, 17:0

Əli Koç hamını təəccübləndirdi: “Fənərbaxça”nın yeni baş məşqçisi yerli olacaq!

Dünya futbolu

3-09-2022, 10:0

Batşuayi rəsmən "Fənər"də

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə