Ferstappen hələ çempionluq haqda düşünmür

3.07.2023 13:30 234
İdman
“Formula-1” üzrə dünya çempionatında Avstriya mərhələsi də Maks Ferstappenin qələbəsi ilə başa çatdı. Demək olar ki, heç kim niderlandlı pilotun ardıcıl 3-cü dəfə dünya çempionu olacağına şübhə etmir. Amma...

“Football-plus.az” xəbər verir ki, ən yaxın izləyicisi Serxio Peresi 81 xal qabaqlayan Ferstappen hələ ki çempionluq haqda düşünmür:

“İndi mən titul haqda düşünmürəm və düşünmək də istəmirəm. Sadəcə, bolidimizi sürməkdən və komanda ilə işdən ləzzət alıram. Sprint-yürüşlərin olduğu mərhələlər həmişə çətin keçir, çox şey sənin istədiyin kimi olmaya bilər, ancaq bəxtimiz gətirdi, hər şey uğurlu oldu. Avstriya “Qran-pri”sindən razıyam. İndi Silverstoundakı növbəti mərhələyə köklənmək lazımdı”.