Ferstappenin adına tribuna?

21.01.2023 16:21 273
İdman
İspaniya “Qran-pri”sinin keçiriləcəyi trassda ikiqat dünya çempionu Maks Ferstappenin adını daşıyan tribuna olacaq. 13-cü döngənin yaxınlığında yerləşən tribunaya niderlandlı pilotun adı veriləcək.

Ferstappen “Formula-1” yarışlarında ilk qələbəsini məhz İspaniyada – 2016-cı ildə qazanıb. Həm də “Formula-1” tarixinə ən gənc mərhələ qalibi kimi düşüb. Builki İspaniya mərhələsi iyunun 4-də keçiriləcək.