"Formula-1": Sprint yarışının qalibləri mükafatlandırıldı

29.04.2023 20:10 258
İdman
"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sində sprint yarışının qalibləri mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, "Red Bull"dan Serxio Peres birinci, "Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü yerə layiq görülüb.

Onlara mükafatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli təqdim edib.

Qeyd edək ki, Azərbaycan "Qran-pri"si aprelin 30-da başa çatacaq.