"Sabah"ın yeni transferi daha əvvəl Azərbaycanda oynaya bilərmiş - ÖZƏL

2.07.2023 19:51 1 801
Premyer-liqa / Manşet
“Sabah" bir müddət öncə Sofian Çaklanın transferini açıqladı.

"Football-plus.az" xəbər verir ki, mərakeşli futbolçu ilə "bayquşlar" 2 illik müqavilə bağlayıb. 29 yaşlı müdafiəçi ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Belə ki, 2 il öncə Çakla ilə "Qarabağ" yaxından maraqlanıb. Lakin futbolçu Ağdam təmsilçisinə keçmək istəməyib. Hətta Abdulla Zubir yerlisini "köhlən atlar"da çıxış etməyə razı salmağa çalışsa da, bu, mümkün olmayıb. Həmin vaxt 27 yaşı olan Çakla "Vilyarreal"dan ayrılaraq Belçikanın "Leven" klubuna keçib.

İLKİN SULTANLI