Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanı yolunda

2.07.2023 10:51 279
Dünya futbolu
"Parma"nın qapıçısı Cianluici Buffon komandanı tərk edə bilər.


"Football-plus.az" xəbər verir ki, o, Səudiyyə Ərəbistanından təklif alıb. Adı açıqlanmayan klub təcrübəli qolkiperə 2 illik müqavilə və 30 milyon avro təklif edib. 45 yaşlı futbolçu düşünmək üçün vaxt istəyib.

Qeyd edək ki, onun "Parma" ilə sözləşməsi 2024-cü ilin yayına qədərdi.