Nəsirli oynadı, komandası xal itirdi

1.07.2023 22:59 241
Dünya futbolu
Latviya çempionatında 20-ci turun matçları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Ramin Nəsirlinin formasını geyindiyi "Dauqavpils" növbətini görüşünə çıxıb.

Onun komandasının rəqibi "Yelqava" olub. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Ramin 67-ci dəqiqədə əvəzlənib.

"Dauqavpils" 18 xalla 9-cu pillədədir.