“Liverpul”un yarımmüdafiəçisi Sadyo Mane “Bavariya” ilə müqaviləni razılaşdırıb.
"Football-plus.az" xəbər verir ki, İnsayder Nikolo Skiranın yaydığı məlumata görə, vinger Münhen klubu ilə 3 illik müqavilə bağlayacaq. Almaniya çempionu seneqallının əvəzində “Liverpul”a 30 milyon avro və bonuslar təklif edəcək. Bir neçə gün əvvəl isə mersisaydlıların bundan dəfələrlə artıq pul istədiyi haqda xəbərlər yayılmışdı.
"Liverpul"da şok ayrılıq
Dünya futbolu



