“Real”ın 9 oyunçusu Çempionlar Liqasında qələbə sayına görə Kriştiano Ronaldoya çatıb.
Hazırda “Mançester Yunayted”də oynayan portuqaliyalı hücumçu bu klubla bir, “Real”la dörd dəfə turnirin qalibi olub. “Liverpul” üzərindəki 1:0 hesablı qələbədən sonra madridlilərin 9 oyunçusu ÇL-də 5-ci zəfərə sevinib. Onlar Kərim Benzema, Marselo, Daniel Karvaxal, Luka Modriç, Kazemiro, İsko, Naço, Toni Kroos və Qaret Beyldi. Uelsli Beylin ÇL-də 5 çempionluq yaşayan ilk britaniyalı futbolçu olduğunu da qeyd edək.
Avropanın ən nüfuzlu klub turnirində qələbə sayına görə rekord (6 dəfə) isə “Real”ın sabiq oyunçusu Fransisko Xentoya məxsusdu.