Kroos birlikdə oynadığı ən yaxşı futbolçuları seçdi

15.10.2022 16:18 389
Dünya futbolu
''Real'' və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos qazandığı 5 ÇL titulu, eləcə də birlikdə oynadığı ən yaxşı oyunçular haqda danışıb.

Qeyd edək ki, o, futbol tarixində ÇL-i 5 dəfə qazanan 10 futbolçudan biridi. Bu 10 oyunçudan 5-i (Beyl, İsko, Marselo, Kazemiro, Ronaldo) ''Real''ın sabiq üzvüdüsə, digər 5-i (Benzema, Kroos, Modriç, Karvaxal, Naço) hələ də klubdadı. Kroosu dinləyək:

"Əslində bu, çox böyük uğurdu. Sadəcə futbolçu üçün karyerasını davam etdirdiyi müddətdə öz uğurlarını dəyərləndirmək çətin olur. ÇL-i nəinki qazanmaq, hətta finala yüksəlmək də çox çətindi. Bunun üçün bir çox amillər üst-üstə düşməlidi. 2012-ci ildə ''Bavariya''nın heyətində finalda ''Çelsi''yə məğlubiyyət ilə barışmaq psixoloji cəhətdən çox çətin oldu. O vaxtdan sonra bu turniri 5 dəfə qazanmağım sadəcə inanılmazdı. Öz mövqelərində birlikdə oynadığım ən yaxşı futbolçular kimlərdi? Çox çətin sualdı. Amma mən Manuel Noyer, Serxio Ramos, Luka Modriç və Kriştiano Ronaldonun adını çəkərdim''.