Millimiz Səudiyyə Ərəbistanına qalib gəldi

1.08.2022 23:02 542
İdman
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan millimiz 6:4 hesabı ilə qələbə qazanıb.

Orxan Məmmədov və Sabir Allahquliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını Vaqif Şirinbəyovla Comərd Baxşəliyev vurub.