Hemilton “Red Bull”un qarşısını almağın yolunu tapıb

30.06.2023 18:25 230
İdman
“Mersedes”in pilotu Lüis Hemilton hesab edir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) komandalara növbəti ilin bolidi üzərində işə daha erkən başlamağı qadağan etməlidi.

Onun fikrincə, yeni qayda “Red Bull”un “Formula-1”dəki dominantlığına son qoycaq:
“Onsuz da bu qədər irəlidədilərsə, daha bu ilin bolidi üzərində çalışmalarına dəyməz. Düşünürəm ki, FIA müəyyən zaman çərçivəsi, hansısa tarix qoymalıdı ki, komandalar yalnız ondan sonra növbəti ilin maşını üzərində işləyə bilsin. Deyək ki, iş avqustun 1-dən başlasın – heç bir komanda başqaları üzərində üstünlük qazanmasın. Onda biz əsl mübarizə izləyə bilərik. Belə qərar mənə məntiqli görünür”.


“Football-plus.az” xəbər verir ki, hazırda “Red Bull”un pilotu Maks Ferstappen 195 xalla liderdi. Onun komanda yoldaşı Serxio Peres 126 xalla 2-ci, “Aston Martin”in pilotu Fernando Alonso isə 117 xalla 3-cü yerdə qərarlaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul