“Mersedes”də aşkar lider yoxdu”

15.02.2023 14:54 250
İdman
“Mersedes”in pilotu Corc Rassell komanda yoldaşı Lüis Hemiltonla qarşılıqlı münasibətləri haqda danışıb:

“Toto Volf lap əvvəldən hər birimizdən nə gözlədiyini bizə anladıb. Lüislə münasibətlərimiz də əvvəldən yaxşıdı. Ötənlərə baxsaq, onda komandada həmişə qələbə uğrunda mübarizə aparan və 2-ci pilot olub. Ancaq indi bizdə lider yoxdu, bərabər şərtlər altında çalışırıq. Bir-birimizə yardım edirik.


Maşını yaxşılaşdırmaq, “Mersedes”i zirvəyə qaytarmaq üçün eyni yolla yürüyürük. Ümid edirəm ki, belə də davam edəcək. Düşünürəm ki, ikimiz də komandaya nə lazım olduğunu anlamaq dərəcəsində yetkin və təcrübəliyik. Münasibətləri pozsaq, bu komandanın xeyrinə işləməyəcək”.

Xatırladaq ki, Rassell sonuncu mövsümdə 275 xal toplamaqla 4-cü, Hemilton (240) isə 6-cı yeri tutub. Dünya çempionluğunu 454 xalla “Red Bull” pilotu Maks Ferstappen bayram edib. “Mersedes” Mühəndislər kubokunda 515 xalla 3-cü olub. Burda da “Red Bull” (759) qalib gəlib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul