"“Formula-1”in cari mövsümündə son iki ildə qələbəni heç kimə verməyən “Red Bull”un pilotu Maks Ferstappeni arxada qoymaq çətin olacaq".
"Football-plus.az" xəbər verir ki, bu sözləri “Mersedes”in pilotu Lüis Hemilton bildirib.
“Düşünürəm ki, Maks indi özünə çox-çox inanır. Mənə elə gəlir ki, “Red Bull” ötən il möhtəşəm maşın yaratmağı bacardı, bütün mümkün rekordları qırdı. Maks geri çəkilən deyil. O, dünya çempionudu. Maksın əhval-ruhiyyəsinə və köklənməsinə şübhə etməyə dəyməz. Həmişəkindən daha artıq dərəcədə toparlanıb. Qarşımızda duran əsas vəzifə ona çatmağa çalışmaqdı”.
Xatırladaq ki, dünya çempionatında növbəti mərhələ həftəsonu Səudiyyə Ərəbistanında keçiriləcək.