"Neftçi"dən açıqlama: "Emin Mahmudov rəsmən bizim futbolçu deyil"

29.06.2023 14:56 1 134
Premyer-liqa / Manşet
"Neftçi" Rusiyada təşkil olunacaq turnir üçün iştirak ərizəsini təqdim edib.

Diqqət çəkən məqam kapitan Emin Mahmudovla yeni transfer Emil Balayevin adının heyətdə yer almamasıdı.

Adı çəkilən futbolçuların siyahıya daxil edilməməsinin səbəbi nədi? "Football-plus.az" saytı olaraq bu sualı aydınlaşdırmaq üçün "ağ-qaralar"ın mətbuat katibi Rüstəm Allahverdiyevə müraciət etdik:

"Emin Mahmudovun müqaviləsinin müddəti başa çatıb və o rəsmən bizim futbolçu deyil. Emil Balayevə gəlincə, o bizim sıramızdadı və Rusiyaya da gedəcək. Sadəcə, iştirak ərizəsini təqdim etdikdən sonra qolkiperin transferini açıqladıq. Amma siyahıya onu da əlavə etmişik. Emil komanda ilə birgə məşq edir".


ABDULLA İSMAYILOĞLU