"Turan"da debüt edə bilməyən qapıçı bugünlərdə "köhlən atlar"ın düşərgəsində görünüb. Görəsən, Emil hansı səbəbdən Azərbaycana dönüb?
Məlumatı dəqiqləşdirmək üçün Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
"Bəli, düşərgəmizi ziyarət edib. Zədəlidi, əzələsində 2-ci dərəcəli yırtıq var. Zədəsini Bakıda sağaldır. Bizim həkimlərimiz də kömək edir. Başqa problemi yoxdu. Tezliklə komandasına qoşulacaq".
GÜNAY VƏLİYEVA
