Emin Mahmudov "Neftçi"nin təklifindən imtina edib? - AÇIQLAMA

18.04.2023 22:45 832
Premyer-liqa / Manşet
Mövsümün sonunda Emin Mahmudovun "Neftçi" ilə müqaviləsinin müddəti başa çatır.

"Football-plus.az" xəbər verir ki, tərəflər hələ də razılaşa bilməyib. Mediada yazılanlara inansaq, kapitan flaqmanın təklifini qəbul etməyib. Məsələni aydınlaşdırmaq üçün bakılıların Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisinin açıqlaması belə oldu:

"Eminlə bağlı yenilik olanda ictimaiyyətlə bölüşəcəyik. Hazırda bütün komandanın fikri kubokun yarımfinalına və çempionatın qalan oyunlarına yönəlib. İnşallah, yenilik olanda ictimaiyyəti məlumatlandıracağıq".

İLKİN SULTANLI