“Sabah”la müqaviləsinin müddəti başa çatan Bəxtiyar Həsənalızadənin “tələbələr”dən ayrıldığı məlumdu.
Hazırda azad agent statusu daşıyan 30 yaşlı mərkəz müdafiəçisi təklifləri dəyərləndirir.
“Football-plus.az”a daxil olan məlumata görə “Sumqayıt” Bəxtiyarın xidmətində maraqlı olub. Lakin futbolçu başqa variantları gözdən keçirdiyini, daha dəqiq desək, Türkiyə klublarının biri ilə danışıq apardığını bildirib. Ancaq bu günlərdə əldə etdiyimiz məlumata görə, Həsənalızadə “Sumqayıt”la danışıqlara hazır olduğunu klub rəhbərliyinə diqqətinə çatdırıb. Lakin bu dəfə “kimyaçılar”ın baş məşqçisi Samir Abasov onu komandasında görmək istəməyib. Baş məşqçi Bəxtiyarın mövqeyinə 2 legioner dəvət edəcəyini qarşı tərəfin diqqətinə çatdırıb.
Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən karyerası ərzində “Sumqayıt”la yanaşı, “Zirə”nin formasını geyinmiş futbolçu “Kəpəz”in maraq dairəsindədi. Azər Məmmədov təcrübəli müdafiəçini sərəncamında görmək istəyir.
RƏŞAD