“Sumqayıt” sabiq qapıçısını qaytarır

28.05.2023 13:21 795
Premyer-liqa / Manşet
2022/23 “futbol ili”nin “Sumqayıt” üçün uğurlu olduğunu demək olmaz.

Çempionata Aleksey Baqa ilə başlayan, 7-ci turdan sonra “sükan arxasına” Samir Abasovu dəvət edən “kimyaçılar” mövsümboyu autsayderlər arasında olmaqla yadda qaldı. Elitada yerini çətinliklə qorumağı bacaran “gənclik şəhəri”nin təmsilçisi qarşıdakı “futbol ili”nə yeni heyətlə başlamağı planlaşdırır ki, bu üzdən Abasov mövsümlərarası fasilədə kolllektivdə əsaslı islahatlar aparmağı düşünür.

”Football-plus.az” xəbər verir ki, müqaviləsi başa çatan Aydın Bayramovun ünvanını dəyişəcəyi məlumdu. Onun tezliklə “Turan Tovuz”la müqavilə bağlayacağı gözlənilir. “1 nömrə”si ilə yolları ayıran “ağ-göylər” isə yeni qolkiper axtarışına çıxıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “Sumqayıt” sabiq qapıçısı Mehdi Cənnətovla danışıqlara başlayıb. Mənbəmizin sözlərinə inansaq, “qartallar”la anlaşmasının müddəti başa çatan qolkiper “kimyaçılar”a dönməyə razılıq verib. “Milliləşən” qolkiperin tezliklə “kimyaçılar”la yeni müqaviləyə imza atacağı gözlənilir.

RƏŞAD

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul