Manenin aqibətinə aydınlıq gəldi

28.06.2023 21:21 261
Dünya futbolu
Nəhayət, Sadio Manenin “Bavariya”dakı aqibəti müəyyənləşib.


"Football-plus.az" xəbər verir ki, daha əvvəl seneqallı futbolçu ilə “Nyukasl” və Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klublarının maraqlandığı iddia edilmişdi. Lakin Sadio bu yay Münhen klubundan ayrılmayacaq. İnsayder Fabritsio Romanonun yaydığı xəbərə görə, bu barədə onun agenti Bakari Sisse məlumat verib:
“Səudiyyə Ərəbistanından heç bir təklif almamışam. Manenin “Bavariya”da qalacağı dəqiqdi. Onun bu klubla 3 illik müqaviləsi var. Bəli, Sadio “Bavariya”da qalır”.


Manenin “Bavariya” ilə müqaviləsinin müddəti 2025-ci il iyunun 30-na qədərdi. O, son mövsümdə bütün turnirlərdə 38 matçda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.