"Qəbələ" premyer-liqanın yeni mövsümünə və Konfrans Liqasında "Omoniya" ilə oyunlara hazırlıqlığı davam etdirir.
"Football-plus.az" xəbər verir ki, bir çox əsas heyət üzvləri ilə yolları ayıran "qırmızı-qaralar" boşluqları doldurmağa çalışır. Bölgə təmsilçisi həm yerli, həm də əcnəbi futbolçuların axtarışındadı. "Qəbələ" əsasən gənc azərbaycanlılara üstünlük verir. Belə ki, "qırmızı-qaralar"ın diqqət mərkəzində 3 futbolçu var. Onların hamısı "Sabah"ın üzvləridi. Söhbət Nicat Mehbalıyev, Kamran Quliyev və Abbas Rzayevdən gedir. Elmar Baxşıyev hər üç oyunçunu sərəncamında görmək istəyir.
İLKİN SULTANLI