“Səbail” Macarıstan “Uypeşt”indən icarə əsasında Matiya Lyuyiçi heyətinə cəlb edib.
Bu haqda paytaxt klubu məlumat yayıb. Serbiyalı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə bağlanıb. “Teleoptik”in yetirməsi olan 29 yaşlı pleymeyker karyerası ərzində “Partizan”, “Mladost”, “Jalgiris” (Litva), “Vellinqton Feniks” (Yeni Zelandiya), “Belenenseş” (Portuqaliya), “Qanqvun” (Koreya), “Bney Yehuda” və Hayfa “Hapoel”inin (hər ikisi İsrail) formasını geyib. 2022-ci ilin iyulundan “Uypeşt”də olub. Macarıstan təmsilçisində 13 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.