“Edmonton”un forvardı Konnor Makdevid komandasının müntəzəm çempionatdakı uğurlarına ən böyük töhfə verən hokkeyçilərə təqdim olunan “Hart Trofi” mükafatının qalibi olub.
“Football-plus.az” xəbər verir ki, qalib MHL-i işıqlandıran jurnalistlərin səsverməsi əsasında müəyyənləşir. Maraqlıdı ki, 126 jurnalistdən 125-i 26 yaşlı kanadalını 1-ci, biri isə 5-ci yerdə göstərib. Makdevid 1951 xal toplayıb. Onunla yanaşı, mükafata David Pastrnyak (Boston) və Mettyu Tkaçak (Florida) da iddia edirdi. Bu, Makdevidin karyerasındakı 3-cü “Hart Trofi”di.
Xatırladaq ki, o, 82 oyunda 153 (64+89) xal toplamaqla sonuncu müntəzəm çempionatın ən yaxşı snayperi, assistenti və bombardiri olub.