Son 10 gündə MHL-də yaşanan ən maraqlı hadisələri sizə çatdırmaq üçün səhifə bəs etməz.
“Football-plus.az” xəbər verir ki, yer məhdudiyyəti üzündən yalnız iki məqama toxunacağıq. “Edmonton”un forvardı Konnor Makdevid martın 23-də “Arizona” ilə oyunda dubl etməklə cari mövsümdə qol sayını 60-a çatdırdı. 26 yaşlı kanadalı 21-ci əsrdə mövsüm ərzində 60 qol vurmağı bacaran 4-cü hokkeyçidi. Bu mənada yeni əsrin rekordu “Vaşinqton”un forvardı Aleksandr Oveçkinə (2007/08, 82 oyunda 65 qol) məxsusdu. Makdevid cari mövsümdə keçirdiyi 73 oyunda 139 (60+79) xal toplayıb.
Şənbə günü “Tampa-Bey”ə qalib gələn “Boston” vaxtından əvvəl Atlantik divizionunun qalibi olmağı təmin etdi. “Boston” tarixində 27-ci dəfə divizion qalibi oldu.