"Sabah" millinin üzvünü saxlayır - ÖZƏL

24.06.2023 23:29 618
Aktual / Ölkə futbolu
Premyer-liqanın gümüş mükafatçısı "Sabah" hazırlığı davam etdirir.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar" yeni futbolçular axtarmaqla yanaşı, müqavilə müddəti bitənlərlə də danışıqları davam etdirir. Onlardan biri də yığmamızın üzvü Bəxtiyar Həsənalızadədi. Müdafiəçinin Masazır təmsilçisi ilə yeni saziş bağlamaq ehtimalı var. Paytaxt klubu millinin futbolçusuna 2 illik yeni sözləşmə təklif edib.

Qeyd edək ki, bir müddət öncə Bəxtiyar Həsənalızadənin yenidən "Sumqayıt"a dönəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

İLKİN SULTANLI