“Sabah” millinin müdafiəçisini heyətinə qatır
Yay “transfer pəncərəsi”ndə fəallığı ilə seçilən klublardan biri də “Sabah”dı.
Masazır təmsilçisi “Sumqayıt”dan Tellur Mütəllimovla Anatoli Nuriyevi, bir neçə saat öncə isə son olaraq “Zirə”də çıxış edən David Volkovu heyətinə qatıb. Lakin görünən odu ki, “bayquşlar”ın bununla kifayətlənmək fikri yoxdu. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “Sabah”ın növbəti hədəfi millimizin müdafiəçisi Höccət Haqverdini komandaya cəlb etməkdi. “Sumqayıt”da çıxış edən futbolçu ilə yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.
SƏNƏM FƏRHADOVA