Maksim son qərarını verdi - ÖZƏL

15.06.2023 17:07 986
Aktual / Ölkə futbolu
Son ölkə çempionu "Qarabağ" yeni mövsümün hazırlığını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi üçün əsas prioritet heyətini qoruyub saxlamaqdı. Bu səbəbdən də müqavilə müddəti bitən futbolçularla danışıqlar davam edir. Onlardan biri də kapitan Maksim Medvedevdi. "Köhlən atlar" millimizin üzvü ilə razılaşıb. 33 yaşlı futbolçu "Qarabağ"la 1 illik yeni müqavilə imzalayacaq.

Qara Qarayevlə Rahil Məmmədovun da Ağdam təmsilçisi ilə razılaşdığını daha öncə diqqətinizə çatdırmışdıq.

İLKİN SULTANLI