“Dallas”ın hücumçusu Tayler Seqin 2022/23 mövsümündə MHL-in ən yüksək ödənişli hokkeyçisi olacaq.
"Football-plus.az" xəbər verir ki, 30 yaşlı kanadalı 13 milyon dollar qazanacaq. “Reyncers”in rusiyalı ulduzu Artemi Panarin isə 12,5 milyon dollar maaşla bu siyahıda ikincidi. 3-cü yeri 12 milyon dollarla beş hokkeyçi bölüşür: Konnor Makdevid, Darnell Nurs (hər ikisi “Edmonton”), Erik Karlsson (San-Xose), Sergey Bobrovski, Aleksandr Barkov (hər ikisi “Florida”).
Müntəzəm çempionatın 2021/22 mövsümündə 81 oyun keçirən Seqin 49 (24+25) xal toplayıb.