Kanada Hokkey Federasiyasının əsas sponsorları seksual zəmində qalmaqallar seriyasının ardından bu qurumla əməkdaşlıq müqavilələrini dayandırıb.
“Tim Hortons” və “Scotiabank” şirkətləri qalmaqalların araşdırılması müddətində federasiyaya sponsorluq etməkdən boyun qaçırıb. Adı çəkilən şirkətlər gələn il bu ölkədə keçiriləcək gənclər arasında dünya çempionatının təşkilinə də yardım göstərməyəcək.
Bu arada Kvebek Hokkey Federasiyası da Kanada Hokkey Federasiyasına etimadsızlıqla bağlı qətnamə qəbul etməklə yanaşı, bildirib ki, milli hokkey qurumuna qeydiyyat yığımları ilə bağlı köçürmələri dayandırır.
İş ondadı ki, son bir neçə ay ərzində 2003-cü və 2018-ci illərdə keçirilən gənclər arasında dünya çempionatı ilə bağlı iki qalmaqal üzə çıxıb. Polisin hesabatlarından belə aydın olur ki, Kanadanın hokkey yığmasının üzvləri qrup şəklində zorlamaya əl atıb, onların qurbanı gənc qadınlar olub. Milli federasiyanın rəhbərliyi uzun müddət bu faktları gizlətsə də, hazırda polis genişmiqyaslı araşdırma aparır ki, hədəf bütün günahkarları üzə çıxarmaqdı.