• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kurtua Tedesko ilə münaqişə üzündən yığmadan ayrılıb

Dünya futbolu

23-06-2023, 22:0

Çərşənbə axşamı Estoniyaya qarşı oynayan Belçika yığmasının start heyətində Tibo Kurtua yox idi.

“Football-plus.az” xəbər verir ki, yığmanın baş məşqçisi ilə münaqişə üzündən. Domeniko Tedesko ilə qapıçı arasındakı münaqişə ilə bağlı ilk xəbərlər Avstriya ilə oyundan (1:1) dərhal sonra üzə çıxdı. Tibo start heyətində meydana çıxdı və əlbəttə, 90 dəqiqə oynadı. Ancaq ertəsi “Real”ın qapıçısı Tyubizdəki oteldə komanda iclasına qatılmamaqla oyundaşlarını təəccübləndirdi. Kurtuanı narazı salan məqam budu ki, zədəli Kevin de Bruynenin yoxluğunda kapitan sarğısı ona yox, Romelu Lukakuya tapşırılıb. Komandada həmçinin Tibonun heyətlə bağlı rotasiyalardan narazı olduğu deyilir. Qapıçı iclasa qatılmayan kimi Estoniya ilə oyunu buraxacağı müzakirə mövzusu oldu. Hətta bəziləri deyirdi ki, onu baş məşqçi ilə münaqişə yox, dizindəki soyuqlama narahat edir.

Belə görünür ki, qapıçının yığmanın düşərgəsini tərk etməsinin əsas səbəbi komandadaxili qalmaqal olub. Tedeskonun kapitan sarğısı ilə bağlı dedikləri Kurtuanı özündən çıxarıb: “Romelu və Tibo ilə danışmışam. Avstriya ilə oyunda Romeu kapitan idi, Tibo isə Estoniya ilə oyunda sarğını taxacaq. Onun necə qiymətləndirildiyini hiss etməsi bizim üçün vacibdi”.

Kurtuanın yığmadan ayrıldığı bilinən kimi Tedesko yenidən jurnalistlərə cavab verməli oldu: “Həqiqətən Tibo düşərgəni tərk edib. Martda mən qərar verdim ki, Kevin de Bruyne kapitanımız olacaq, ancaq onun əvəzedicilərini müəyyənləşdirmədim. Əlbəttə, Lukaku ilə Kurtua arasında seçim edirdim. Düzünü desəm, mənim üçün fərqi yoxdu, ona görə ki, meydanda bir neçə kapitanım var. Məsələn, Yan Vertongenlə Yannik Karrasko da sarğını daşıya bilər. Bizə məsuliyyəti üzərinə götürməyə qadir olan bir neçə futbolçu lazımdı. Biz Avstriya ilə şənbə günü keçirilən oyun ərəfəsində qərar verməliydik. Aramızda kiçik görüş oldu. Qərar verdik ki, Romelu şənbə günü, Tibo isə çərşənbə axşamı kapitan olsun. Hər şey qaydasında idi. Ancaq o, oyundan sonra buna görə özünü təhqir olunmuş hiss etdi. Təəccübləndim və şoka düşdüm. Belə olacağını gözləmirdim. O, özünü təhqir olunmuş saydı və komandanı tərk etməyə qərar verdi. Onunla danışmağa çalışdım, çünki bu ciddi qərar idi”.

Bu açıqlamanın ardından Kurtua sosial şəbəkədə Tedeskoya cavab verdi: “Baş məşqçinin aramızdakı şəxsi söhbətin subyektiv versiyasını təqdim etdiyi mətbuat konfransındakı çıxışını dinləyəndə təəccübləndim. Bu, mənim paltardəyişmə otağını əhatə edən söhbətlərlə bağlı baş məşqçi ilə nə ilk danışığımdı, nə də sonuncu olacaq. Ancaq kimsə ilk dəfə ictimaiyyətə bu haqda məlumat verməyə qərar verib. Hadisələrin belə axarına görə dərindən məyusam, ancaq vurğulamaq istəyirəm ki, baş məşqçinin dəyərləndirməsi həqiqətə uyğun deyil. Həmin söhbətdə mən qərarını anlatmağını xahiş etdim ki, əvvəllər komandaya zərər vuran hallar təkrarlanmasın. Yığmanın kapitanı olub-olmamaq şıltaqlıq və ya təsadüfi qərar deyil, bu, baş məşqçinin qərarı olmalıdı, Tedeskoya da vu fikri çatdırmağa çalışdım. Təəssüf ki, məqsədimə nail ola bilmədim. Mən heç bir halda nəsə tələb etməmişəm. Bu vəziyyətlə bağlı bütün məqamları aydınlaşdırmaq üçün Lukaku ilə söhbətləşmişəm. İddia olunduğunun əksinə, komanda yoldaşlarım ilə bu mövzuda hansısa diskussiyaya girişməmişəm. Bundan başqa, dünən günorta sağ dizimlə bağlı problem üzündən tibbi müayinədən keçdim. Klubun və yığmanın tibbi briqadası əlaqədə idi, məşq düşərgəsini tərk etməyimlə bağlı qərar vermək üçün bütün materialı öyrəndilər”.

Yeri gəlmişkən, bu, Belçika yığmasının düşərgəsində yaşanan arzuolunmaz hallarla bağlı ilk hadisə deyil. Qətərdə keçirilən dünya çempionatında da “qırmızı iblislər” daxili münaqişələrdən əziyyət çəkib.

• De Bruynenin turnirin gedişi zamanı yayılan qalmaqallı açıqlaması (“heç bir qələbə şansımız yoxdu, biz hədsiz qocayıq”) paltardəyişmə otağını parçaladı;
• Yığmanın oyunçuları ingilis dilində danışmaq istəmir (Roberto Martinesin tələbi idi) və ailələrinin məşq düşərgəsindən xeyli uzaqda yerləşdirilməsindən gileylənirdilər;
• Martines Eden Azara kor-koranə inam bəslədiyinə görə tənqid olunurdu;
• Vertongen De Bruyne və Azar ilə söyüşmüşdü – həmkarlarımız yazırdı ki, iş əlbəyaxaya qədər uzanıb.
Belçika Kral Futbol Federasiyası turnirdən sonra Martinesi baş məşqçi vəzifəsindən uzaqlaşdırdı və Tedeskonu təyin etdi. Komanda bir qədər yeniləndi, bəzi oyunçular (məsələn, Eden Azar) beynəlxalq karyerasını bitirdi. Yığmada yeni adlar – biri elə “Sauthempton”un 19 yaşlı perspektivli yarımmüdafiəçisi Romeo Lavia – üzə çıxdı. Ancaq hələ də yığmada sakitlik bərpa olunmayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-06-2023, 22:0

Kurtua yığmanın düşərgəsini niyə tərk edib?

Dünya futbolu

28-03-2023, 16:0

Almaniya ilə oyunu buraxacaq

DÇ 2026

29-11-2022, 19:0

Belçika yığmasında ''qazan qaynayır''

Dünya futbolu

30-03-2023, 14:0

Növbəti oyunda iştirak edə bilər

Dünya futbolu

23-03-2023, 19:0

Milli komandada xüsusi status qazandı

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 00:16
    “Bəzi mövqelərə nəinki əcnəbi, heç yerli futbolçu da tapa bilmədik” – Zaur Həşimov
  • Dünən, 23:55
    “Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:32
    "Kaş, Səbuhi belə etməzdi" - Filipe Kandido
  • Dünən, 23:12
    "Böyük məbləğ vəd edilsə də, "Neftçi"dən getmərəm" - Yuri Vernidub
  • Dünən, 22:58
    "Neftçi" və "Zirə" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:28
    İngiltərədən Portuqaliyaya yollandı
  • Dünən, 21:53
    “Milan”ı tərk etməli olacaq
  • Dünən, 21:22
    İspaniya klubunda gürcü futbolçu
  • Dünən, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Dünən, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Dünən, 19:56
    Londondan Madridə yollandı
  • Dünən, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Dünən, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Dünən, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Dünən, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 17:25
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Dünən, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Dünən, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Dünən, 15:31
    Niderlanda yollanacaq
  • Dünən, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Dünən, 14:29
    Milandan Turinə yollana bilər
  • Dünən, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Dünən, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 12:56
    MS-ni tərk edə bilər
  • Dünən, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Dünən, 11:54
    Romadan Milana üz tuta bilər
  • Dünən, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Dünən, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Dünən, 10:31
    London klubunda yeni futbolçu
  • Dünən, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Dünən, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • 15-08-2026, 23:0
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • 15-08-2026, 23:0
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • 15-08-2026, 23:0
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
Daha çox
Oxunub: 338
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 134
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 123
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə