Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün boks yarışlarının təsnifat sistemini təsdiqləyib.
Əvvəlki ilə müqayisədə yeni sistemdə bəzi qaydalar sadələşdirilib. 2023-cü ildə təşkil olunacaq Panamerika Oyunları, 3-cü Avropa Oyunları, Sakit Okean Oyunları və Asiya Oyunları Olimpiadaya lisenziya xarakteri daşıyacaq. Həmçinin gələn il Qananın paytaxtı Akkrada keçiriləcək Afrika Oyunlarının da bu siyahıya əlavə olunması yönündə müzakirə aparılır. BOK kontinental mərhələdən sonra 2024-cü ildə iki Dünya Təsnifat Yarışı təşkil etmək istəyir ki, qalan kvotaların sahibləri həmin vaxt bəlli olacaq.
Xatırladaq ki, Paris Olimpiadası iyulun 26-dan avsqustun 11-dək keçiriləcək.