Gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilat komitəsi satışa çıxarılan 6,8 milyon biletin artıq üçdəikisinin sahibini tapdığını elan edib.
“Football-plus.az” xəbər verir ki, bu xəbəri təşkilat komitəsinin sədri Toni Estanqe açıqlayıb. Qarşıdakı Olimpiadaya bilet satışı fevralın 15-də start götürüb. Biletlərin orta qiymətinin 100 avro olduğunu da xatırladaq.
Biletin orta qiyməti 100 avrodu
İdman




