Avropa Liqasının (AL) qrup mərhələsinin 5-ci turu Joze Mourinyo üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, “Roma” Finlandiyada HİK-ə qalib gəlib (2:1). Mourinyo cümə axşamı avrokuboklarda 107-ci qələbəyə sevinib. Portuqaliyalı mütəxəssis bununla “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyusonun qələbə rekordunu yeniləyib!