Mourinyo avrokuboklarda “het-trik” etdi!

26.05.2022 14:59 459
Dünya futbolu
Joze Mourinyo avrokuboklarda unikal göstəriciyə nail olub.

“Roma”nın baş məşqqçisi ilk dəfə keçirilən Konfrans Liqasının qalibi olmaqla tarixə düşüb. Portuqaliyalı mütəxəssis hazırda mövcud olan hər üç avrokubokda - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qalib gələn ilk məşqçi olub. Xatırladaq ki, Mourinyo “Portu” (2003/04) və “İnter”i (2009/10) Çempionlar Liqasında, “Portu” (2002/03) və “Mançester Yunayted”i (2016/17) isə Avropa Liqasında (UEFA Kuboku) qələbəyə daşıyıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul