Joze Mourinyo mövsümün sonunda iş yerini dəyişəcək. Artıq əksər mənbələr onun “Roma”dan ayrılacağını xəbər verib.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubunu 2021-ci ilin yayından çalışdıran portuqaliyalı mütəxəsisin PSJ-nin təklifini qəbul etdiyi bildirilir. “Ekip” qəzeti tərəflərin prinsipial razılığa gəldiyini xəbər verib. Bu mənbə Mourinyonun qərarını Avropa Liqasının “Sevilya” ilə mayın 31-də keçiriləcək final matçından sonra açıqlayacağını da yazıb.