Azərbaycanlı cüdoçular Avstriyaya yollanacaq

6.01.2023 17:53 241
İdman
Azərbaycanın cüdoçuları yanvarın 9-17-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avstriyanın Mittersil şəhərində təlim-məşq toplanışı keçəcək.

Football-plus.az xəbər verir ki, təlim-məşq toplanışında 50-dən çox ölkədən 700-dən çox idmançının iştirakı gözlənilir. Onların arasında bir neçə olimpiya və dünya çempionları da olacaq.

Təlim-məşq toplanışına Azərbaycanın kişi və qadınlardan ibarət komandaları qatılacaq. Liderlərlə yanaşı, "ikinci nömrə" cüdoçular da Avstriyaya yollanacaq.