Qurban Qurbanov vədinə əməl edəcək

27.06.2022 14:38 774
Premyer-liqa / Manşet
Yeni mövsümə hazırlığı Avstriyanın Tirol şəhərində, Alp dağlarının ətəyində davam etdirən "Qarabağ" dünən növbəti məşqinə çıxıb.

Xatırlayırsızsa, Qurban Qurbanov müsahibələrinin birində belə bir fikir səsləndirmişdi: “Çempionlar Liqasındakı ilk oyunumuz səfərdə keçirilərsə, Avstriyadan birbaşa ora yollanacağıq”. Ağdamlılar turnirdəki ilk görüşünü Poznanda “Lex”ə qarşı keçirəcək. Görəsən, klubun planı dəyişməyib? “Qarabağ” Tiroldan birbaşa Poznana yollanacaq?

Klubun mətbuat katibi Gündüz Abbaszadə məsələyə belə aydınlıq gətirdi:

“Planda hansısa dəyişiklik olmayıb. Burdan birbaşa Polşaya yollanacağıq. İyulun 3-də Poznana gedəcəyik. Hələ ki qalacağımız otel dəqiqləşməyib. Yaxın günlərdə həmin məsələyə də aydınlıq gələcək”.