“Football-plus.az” xəbər verir ki, bu barədə flaqmanın rəsmi “yutub” kanalı məlumat yayıb. Xəbərdə braziliyalının ya icarəyə, ya da qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam veriləcəyi bildirilib. Mediada yazılanlara görə, Pato ilə “Qəbələ” və Braziliya klubları yaxından maraqlanır. Lakin “Neftçi” bu haqda rəsmi açıqlama verməyib. Görəsən, nə üçün? Sualımızı klubu Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq:
“Hansısa klubun adını çəkməmişiksə, deməli, belə məsləhətdi. Yenilik olsa, ictimaiyyətə bununla bağlı məlumat verəcəyik”.
İLKİN SULTANLI

