“Football-plus.az” xəbər verir ki, flaqman bu şəhərdə 3 yoxlama oyunu keçirəcək. Görəsən, “ağ-qaralar” səfər ərəfəsində yeni transferlər edəcək? Bu gün və sabah komandaya futbolçuların qoşulması gözlənilir? Sualımızı “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq. Klub rəsmisi məsələyə belə aydınlıq gətirdi:
“Yeni transferlər gündəmdədi. Danışdığımız futbolçular var. Sadəcə, rəsmiləşmə mərhələsi qalıb. Rəsmi müqavilə bağlansa, dərhal ictimaiyyətə açıqlayacağıq. Bu proses bu gün də, sabah da ola bilər. Hazırda özümüz də gözləmə mövqeyindəyik”.
