"Neftçi" azarkeşlərinə şad xəbər

24.04.2023 21:34 533
Premyer-liqa / Manşet
Uzun müddətdi zədəli olan Azər Əliyevin son durumu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, flaqmanın üzvü zədəsini sağaldıb. Futbolçu komandanın bugünkü məşqində iştirak edib. Əldə etdiyimiz məlumata görə, Azər "Turan Tovuz"la Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında meydana çıxacaq.

Görəsən, informasiya doğrudu? Azər zədəsini tam sağaldıb? Suallarımızı "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq:

"Bəli, Azər zədəsini sağaldıb. O, bugünkü məşqdə iştirak edib. Lakin "Turan Tovuz"la matçda meydana çıxıb-çıxmayacağına məçqçilər heyəti qərar verəcək".


İLKİN SULTANLI