"Neftçi" iyunun 3-nü gözləyir - AÇIQLAMA

21.05.2023 11:21 1 142
Premyer-liqa / Manşet
Xəbər verdiyimiz kimi, gələn mövsüm "Neftçi"ni bir sıra futbolçuların tərk etmək ehtimalı var.

Bunlar Aqil Məmmədov, İsmayıl Zülfüqarlı, Ömər Buludov, Rəhman Hacıyev və Ramin Nəsirlidi. Məlumatı dəqiqləşdirmək üçün klubun rəsmi mövqeyini öyrəndik. "Ağ-qaralar"ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Flaqman rəsmisi "Football-plus.az"a açıqlamasında bunları söylədi:

"Hazırda hansısa futbolçunun göndərilməsi ilə bağlı konkret məsələ yoxdu. Bu söhbətlərə iyunun 3-dən sonra aydınlıq gələcək. İndiki məqamda göndəriləcək futbolçularla bağlı nəsə deməyimiz mümkün deyil".


İLKİN SULTANLI