İspaniya klubları Musa Qurbanlı ilə maraqlanır - ÖZƏL

19.06.2023 15:10 2 551
Aktual / Ölkə futbolu
Musa Qurbanlının “Qarabağ”ı tərk etmək ehtimalının olduğunu diqqətinizə çatdırmışdıq.

“Football-plus.az” redaksiyasına onunla maraqlanan Avropa klublarıyla bağlı informasiya daxil olub.

Mənbəmizin sözlərinə görə, forvard karyerasını İspaniyada davam etdirə bilər. 21 yaşlı hücumçu ilə “Xetafe” və “Rayo Valekano” yaxından maraqlanır. Maraq üçün bildirək ki, Musa yeni mövsümün hazırlıqlarına “Qarabağ”da başlasa da, 2023/24-cü “futbol ili” başlamamış onun komandası bəlli olacaq.

İLKİN SULTANLI