"Football-plus.az"ın redaksiyasına bununla bağlı yeni informasiya daxil olduğunu diqqətinizə çatdırmışdıq. Sən demə, “Red Bull”un Musa ilə müqavilə bağlaması təsadüfi deyil. Şirkətin maliyyələşdirdiyi klublardan “Zaltsburq” forvardla yaxından maraqlanır. Artıq klublar arasında ilkin danışıqlar baş tutub. Musa növbəti mövsümün əvvəllərində böyük ehtimalla Avstriya klubuna transfer olunacaq. Görəsən, məlumat nə qədər doğrudu? Klubun mətbuat katibi Gündüz Abbaszadəni dinləyək:
"Kökündən yanlış informasiyadı. "Red Bull" gənc və perspektivli futbolçu kimi Musanı seçib. Bu səbəbdən də onunla əməkdaşlıq edib. Şirkətin əməkdaşlıq etdiyi o qədər idmançı və futbolçu var ki, "Red Bull"un klubları ilə heç bir bağlılığı yoxdu. Burda hansısa sirli məqam yoxdu. Bəli, gələcəkdə Musanın hansısa klubda oynaması istisna olunmur. Hazırda bu, müzakirə mövzusu deyil. Ümumiyyətlə, belə bir təklif də yoxdu".
İLKİN SULTANLI






