Sabah AÇ-2024-ün seçmə mərhələsində millimiz Estoniya ilə qarşılaşacaq.
"Football-plus.az" xəbər verir ki, oyundan öncə rəqib komandanın çalışdırıcısı Tomas Heberlinin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
"Püşkatma olduqda Azərbaycan millisi dördüncü, Estoniya beşinci səbətdən çıxmışdı. Sabahkı oyunla bağlı adi təzyiq var. Qrupumuzdakı digər komandalar güclüdü. Azərbaycan da evdə yaxşı oynayır. Sabahkı matçda xallarımızı qazanmağa çalışacağıq".
- Futbolçularınız sabahkı matç üçün sağlamdı?
- Bura gələn oyunçuların hamısı sağlamdı. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik.
- Sabahkı matçda əsas faktor nə olacaq?- Oyunun sonuna kimi səbrli olmaq vacibdi. Bəzən 70, bəzən 80 dəqiqə buna ehtiyac olur. Biz öz oyunumuza köklənməli, öz oyunumuzu oynamalıyıq. Hər iki komanda sabahkı oyunda xal qazanmaq istəyir. Ona görə də, maraqlı oyun olacaq.
- Azərbaycan Avstriyaya 1:4, Estoniya 1:2 uduzub. Bununla bağlı fikriniz necədi?- Amma nəticədə hər iki komanda rəqibinə uduzub. Hər halda, biz xal fərqinə görə oynayırıq, top fərqinə görə deyil. Yəni, hesab fərqinin önəmi yoxdu. Həm biz, həm də Azərbaycan xalsız qalmışdı. Azərbaycan İsveçlə görüşdəki böyük hesabla məğlub olsa da, yaxşı oynamışdılar.