• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça”nın iştirak ərizəsinə kimlərin adı düşmədi?

Dünya futbolu

16-07-2022, 17:0

Türkiyədə bu yayın ən çox diqqət mərkəzində olan klubların başında gələn ''Fənərbaxça'' ilə bağlı yeni xəbərlər var.

Ötən sayımızda ''Fənər''in Tyaqo Çukur və Coşua Kinqi danışıqlar üçün İstanbula dəvət etdiyini xəbər vermişdik. Bu oyunçuların transferi yekunlaşıb. 19 yaşlı Çukur ilə dördillik, 30 yaşlı Kinq ilə ikiillik müqavilə imzalanıb. Bundan başqa, İstanbul nəhəngi ''Flamenqo''dan braziliyalı dayaq yarımmüdafiəçisi Villian Araonun da transferini tamamlayıb. 30 yaşlı futbolçu ilə ''2+1'' illik müqavilə imzalanıb. Türkiyə mətbuatının yazdığına inansaq, bu transfer komandaya 2 milyon avroya başa gəlib. Araonun illik məvacibi isə 1,2 milyon avro təşkil edəcək. Maraqlıdı ki, təcrübəli futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Braziliya yığmasında 1 oyun keçirən və 2016-dan bəri ''Flamenqo''nun uğurları üçün tər tökən Arao daha öncə ''Korintians'', ''Portugeza'', ''Şapekoense'', ''Atletiko Qoyanense'' və ''Botafoqo''da çıxış edib. Onu da bildirək ki, ''Fənər'' öz yetirməsi olan 19 yaşlı sol müdafiəçi Arda Okan Kurtulanı ''Adana Dəmirspor''a verib. Adana klubu bu oyunçu ilə ''3+1'' illik müqavilə imzalayıb. Amma müqaviləyə salınan xüsusi maddəyə görə ''Fənər''in 3 ildən sonra müəyyən məbləğ ödəyərək bu oyunçunu geri qaytarmaq haqqı var.

Bu arada Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Kiyev ''Dinamo''su ilə oyuna hazırlaşan ''Fənərbaxça''nın UEFA-ya göndərdiyi iştirak ərizəsi məlum olub. Orda bir sıra sürprizlər diqqəti çəkir. Əvvəlcə qeyd edək ki, 2016-cı ildə UEFA ilə imzalanan ''maliyyə feyr-pleyi'' anlaşmasının müddəti başa çatdığı üçün ''sarı-lacivərdlilər'' 6 illik fasilədən sonra avrokubokların iştirak ərizəsinə 23 yox, 25 futbolçunun adını yazdıra bilib. Ən böyük sürpriz siyahıda Kim Min Çjenin adının olmamasıdı ki, bu haqda az sonra danışacağıq. Yeni transferlərdən Tyaqo Çukurun da adı siyahıya salınmayıb və bu da başadüşüləndi. Gənc futbolçunun heç bir beynəlxalq təcrübəsi yoxdu və necə çıxış edəcəyi bilinmir. Bu iki futbolçudan başqa Jorje Jezuşun planlarına daxil olmayan daha 8 oyunçu - Marsel Tisseran, Luis Qustavo, Nazim Sanqare, Maurisio Lemos, Stiven Koker, Çağtay Kurukalıp, Maks Mayer və Mbvana Samatta da kənarda qalıb. Yəni ümumilikdə 10 futbolçu iştirak ərizəsinə salınmayıb.

Kim Min Çjeyə gəlincə, müdafiənin dirəyi sayılan fanatların sevimlisi komandanı tərk etmək üzrədi. ''Napoli'' və ''Renn''in hədəfində olan 25 yaşlı futbolçu fransızlara qismət olub. ''Renn'' bu keçidə görə 18 milyon avro ödəyəcək! Kim 1999-da ''Real''a 21 milyon avroya transfer olunan bosniyalı Elvir Baliçdən sonra ''Fənərbaxça'' tarixində ən baha qiymətə satılan 2-ci futbolçudu. Onun ötən yay cəmi 3 milyon avroya transfer olunduğunu nəzərə alsaq, bu satışa görə ''Fənər''i yalnız alqışlamaq olar. Ümumiyyətlə, bu, Əli Koçun dönəmində ''sarı-lacivərdlilər''in 10 milyon avrodan baha qiymətə reallaşdırdığı 5-ci satışdı. Daha öncə Juliano 10,5 milyon avroya, Jozef de Souza 12 milyon avroya, Elif Elmas 16 milyon avroya və Vedat Muriqi 17,5 milyon avroya satılmışdı. Özü də nəzərə alaq ki, Elmas cəmi 180 min avroya, Muriqi isə 3,5 milyon avroya transfer edilmişdi. Ümumilikdə Əli Koçun dördillik dönəmində ''Fənərbaxça'' oyunçu satışından artıq 95 milyon avro qazanıb!

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-07-2022, 14:0

''Fənərbaxça'' daha bir oyunçunu İstanbula dəvət etdi

Dünya futbolu

12-07-2022, 12:0

''Fənərbaxça'' yığma üzvünü transfer edir

Dünya futbolu

16-05-2022, 17:0

''Fənərbaxça'' ilə Jezuş hansı məsələdə anlaşa bilmir?

Dünya futbolu

12-07-2022, 21:0

"Fənərbaxça"dan hücumçu transferi

Dünya futbolu

26-06-2022, 12:0

''Qalatasaray'' ilk transferini reallaşdırdı

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə