Əfran İsmayılovla Rauf Əliyev karyerasını bitiribsə, Peyman Keşavarzi və Mixeil Erqemlidze “Kəpəz”dən ayrılıb, Əli Səmədov "Şamaxı"ya keçib. Elvin Yunuszadə ilə Kamran İbrahimovun məsələsi isə hələ də açıq qalır. Yığmanın və "Qarabağ"ın sabiq müdafiəçisi yaya qədər komandada qalacağını açıqlasa da, klubun İdarə Heyətinin sədri İlqar Nadiri onun xidmətində maraqlı olmadıqlarını və qarşılıqlı razılıq əsasında yola salınacağını söyləmişdi.
Dünən bu yöndə yeniliyin olub-olmadığını aydınlaşdırmaq üçün Nadiri ilə əlaqə saxladıq:
"Bu məsələylə bağlı mətbuatda çox danışılır, bizə də tez-tez zənglər gəlir. Açığı, artıq bu mövzudan bezmişik. Klubun adı çəkilən futbolçularla bağlı mövqeyi olduğu kimi qalır. Heç birinin xidmətində maraqlı deyilik. Kamran İbrahimova hansısa klundan icarə ilə bağlı təklif gəlsə, gənc qolkiperi göndərə bilərik".
ABDULLA İSMAYILOĞLU





